Azedu.az

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM)

5 Fevral 2024, 12:17
Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki,  Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü il tarixində keçiriləcək.

 

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

 

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox