Azedu.az

DİM-də təlim keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

5 Fevral 2024, 09:06
DİM-də təlim keçirilib

2024-cü ilin 1-2 fevral tarixlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Layihələrin idarəedilməsi” mövzusunda Audiovizual Şuranın əməkdaşları üçün təlim təşkil edilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, təlimdə iştirakçılara layihə anlayışı, maraqlı tərəflər, layihələrin idarə edilməsi prinsipləri, eləcə də layihə mühiti ilə bağlı mühüm məsələlər izah olunub. Eyni zamanda təlimdə toxunulan məsələlərlə bağlı qrup işi və rol oyunları təşkil olunub.

 

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaş müraciətləri əsasında Mərkəz tərəfindən bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox