Xatırladaq ki, TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və mərkəzdə bütün TKT modulları üzrə imtahanlar təşkil edilir.
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzində 27 yanvar 2024-cü ildə keçirilən növbəti imtahan Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun təyin etdiyi inspektor tərəfindən müşahidə edilib, imtahan rəhbəri və nəzarətçilərin hazırlığı, imtahan ərzində qaydalara riayət edilməsi monitorinq olunub. Yoxlamanın nəticələrinə əsasən Kembric İmtahan Mərkəzi olaraq DİM təhlükəsizlik, idarəetmə, məkan və nəzarət kimi kriteriyalardan “Əla” (Excellent) qiymət alaraq monitorinqdən müvəffəqiyyətlə keçib. Bundan əlavə, qurumlar arasında 4 illik əməkdaşlıq ərzində ictimaiyyət arasında Kembric imtahanlarına olan marağın artmasına görə DİM-in fəaliyyəti təqdir edilib.
Qeyd edək ki, DİM “Cambridge Assessment English” (CAE) qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.