Azedu.az

İmtahanların yoxlanması ilə bağlı hazırlıq kursları öz işinə başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM)

26 Yanvar 2024, 17:02
İmtahanların yoxlanması ilə bağlı hazırlıq kursları öz işinə başlayıb

22 yanvar 2024-cü il tarixindən fənlər üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursları öz işinə başlayıb.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Ayrı-ayrı fənlər üzrə hazırlıq kurslarının ilk məşğələlərində DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun məqsədi haqqında çıxış edib. O qeyd edib ki, hazırlıq kursları üç mərhələyə bölünür. Birinci mərhələdə iştirakçılara nəzəri material –müvafiq fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən qapalı və açıq tipli tapşırıqların hazırlanması, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları haqqında təqdimatlar edilir. İkinci mərhələ praktiki məşğələlərdən ibarətdir. Bu mərhələdə iştirakçılar ev tapşırığı yerinə yetirirlər. İştirakçılar ev tapşırıqlarını internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidirlər. Üçüncü mərhələ cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesidir (kalibrləmə). Bakı şəhərindən olan iştirakçılar bu prosesdən DİM‑in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında, bölgələrdən olanlar isə yaşadıqları əraziyə yaxın olan DİM-in regional bölməsində keçəcəklər.

 

Hazırlıq kurslarında Bakı şəhəri üzrə 201, bölgələr üzrə isə 77 nəfər olmaqla ümumilikdə 278 nəfər iştirak edib. Bölgələrdən qeydiyyatdan keçmiş kurs iştirakçılarına məşğələlər onlayn formada keçirilib.

 

Hazırlıq kurslarının ikinci məşğələləri növbəti həftə keçiriləcəkdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox