Oktyabrın 20-də TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
AzEdu.az xəbər verir ki, imtahan saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün //dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.