Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 17-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan keçirir.
Bu barədə AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.