Azedu.az

Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim etdi

Dövlət İmtahan Mərkəzi (DİM)

18 Oktyabr 2018, 09:10
Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim etdi

Dövlət İmtahan Mərkəzi (DİM) gələn il keçiriləcək ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması məqsədilə nümunə audiomateriallar təqdim edib.

DİM-dən AzEdu.az-a bildirilib ki, xarici dil fənn kurikulumuna əsasən, ümumi və tam orta təhsil səviyyəsində “dinləyib-anlama” üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları nəzərdə tutulur.

Təqdim edilən dinləmə mətnlərinə aid tapşırıqlarda bu bacarıqlar yoxlanılacaq. Dinləmə materiallarının nümunəsi ilə //www.tqdk.gov.az/news/2504/  linkində tanış olmaq mümkündür. On gün müddətində dərc ediləcək “Abituriyent” jurnalının xüsusi buraxılışında həmin mətnlərə aid tapşırıqlar yer alacaq.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox