Azedu.az

I və IV qruplar üzrə imtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

Dövlət İmtahan Mərkəzi (DİM)

31 İyul 2023, 12:11
I və IV qruplar üzrə imtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu imtahanda 22400-dən çox abituriyent iştirak edib.

İyulun 23-də isə IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı keçirilib. Bu imtahanda 12600-dən çox abituriyent iştirak edib.

Təhsil ictimaiyyəti I və IV qruplar üzrə 2-ci cəhd qəbul imtahanlarının nəticələrinin nə zaman açıqlanacağı ilə maraqlanır.

AzEdu.az-ın məlumatına görə, məsələ ilə bağlı DİM-dən bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. Bu isə təxminən avqustun birinci həftəsi deməkdir. Başqa sözlə, I və IV qruplar üzrə 2-ci cəhd qəbul imtahanlarının nəticələri avqustun 7-dək açıqlanacaq.

DİM onu da bəyan edib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 10-dan sonra aparılacaq.


A.Qorxmaz

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox