Azedu.az

Magistraturaya ixtisas seçimi edənlərin sayı AÇIQLANDI

10 İyul 2023, 09:58
Magistraturaya ixtisas seçimi edənlərin sayı AÇIQLANDI

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, 10 iyul saat 09:15-ə olan məlumata əsasən, 6696 bakalavr (Azərbaycan bölməsi üzrə 6096, rus bölməsi üzrə 600) öz ərizəsini təsdiq edib.

 

Müsabiqəyə yalnız 13 iyul saat 23:59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

 

Qeyd edilib ki, SABAH qrupları üzrə ixtisaslaşmaları 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından uğurla keçmiş bakalavrlar seçə bilərlər. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində bu gün saat 12:00-dək tələbələrin qeydiyyatı aparılır.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox