Azedu.az

Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək

27 Sentyabr 2018, 21:01
Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, TOEFL IBT imtahanı sentyabrın 29-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahan saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər  saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  //dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox