Azedu.az

Rezidenturaya qəbul imtahanı keçirilib - DİM

Dövlət İmtahan Mərkəzi (DİM)

14 May 2023, 14:01
Rezidenturaya qəbul imtahanı keçirilib - DİM

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib. 

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 106 nəzarətçi-müəllim, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

 

Mayın 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

 

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox