Dövlət İmtahan Mərkəzi Elm (DİM) Təhsil Nazirliyi ilə birgə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “İlk Prezident təqaüdçüləri” layihəsi hazırlayb.
AzEdu.az xəbər verir ki, DİM layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət qurub, onlardan Heydər Əliyevlə keçirilən görüşü necə xatırladıqlarını, həmin görüşün təhsil və karyeralarındakı rolu haqqında düşüncələrini bildirməyi xahiş edib.
DİM-in hazırladığı növbəti videonu təqdim edirik. Budəfəki təqdimat Prezident Administrasiyasının sektor müdiri Şamil Şirinovla bağlıdır. O da vaxtilə ali məktəbdə prezident təqaüdçüsü kimi təhsil alıb.