Azedu.az

DİM-dən TOEFL iBT imtahanı verəcək şəxslərə ÇAĞIRIŞ 

Dövlət İmtahan Mərkəzi (DİM)

25 Aprel 2023, 10:03
DİM-dən TOEFL iBT imtahanı verəcək şəxslərə ÇAĞIRIŞ 

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 26-da TOEFL iBT imtahanı keçirəcək

AzEdu.az xəbər verir ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 26 aprel 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

 

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox