Azedu.az

9-cu sinif şagirdləri üçün abituriyent məsləhət mərkəzləri yaradılıb

5 Aprel 2023, 11:46
9-cu sinif şagirdləri üçün abituriyent məsləhət mərkəzləri yaradılıb
Məlum olduğu kimi, 9 illik bazada kolleclərə sənəd qəbulu başlayıb və aprelin 24-dək davam edəcək. Abituriyentlər elektron ərizənin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərinə də müraciət edə bilərlər.
 
 
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib:
 
 
Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.
 
 
Məsləhət ünvanı linkdə yerləşdirilib://dim.gov.az/.../704f299e208756f1231055bcaf6a77e8.pdf
HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
Son xəbərlərDaha çox