2023-cü il martın 14-də DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov vətəndaş qəbulu həyata keçirib.
AzEdu.az xəbər verir ki, görüşdə dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, inzibati vəzifələrin ümumi müsahibə yolu ilə tutulması ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılıb.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan məsələlər yerində həll edilib, eyni zamanda qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.