Azedu.az

Zal nəzarətçiləri üçün təlim keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Mart 2023, 17:15
Zal nəzarətçiləri üçün təlim keçirilib

Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə iştirak edən nəzarətçilər Dövlət İmtahan Mərkəzinin “Zal nəzarətçiləri bazası”ndan müxtəlif meyarlar nəzərə alınmaqla seçilib. 

 

Təlimdə qabiliyyət imtahanlarının xüsusiyətləri haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında izahat aparılıb, imtahanın bütün mərhələlərini özündə əks etdirən "slayd"lar nümayiş etdirilib. Həmçinin imtahanda baş verə biləcək hallarla bağlı xüsusi tapşırıqlar qoyularaq fikir mübadiləsi aparılıb. 

 

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox