Azedu.az

DİM imtahanların tapşırıqlarını müzakirə etdi

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Mart 2023, 17:50
DİM imtahanların tapşırıqlarını müzakirə etdi

Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə qəbul imtahanlarında, riyaziyyat fənnindən isə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının məşğələləri keçirilib.

AzEdu.az xəbər verir ki, hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə isə Aqşin Abdullayev cavabı yazı ilə ifadə olunan tapşırıqların və onların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblərlə bağlı təqdimatlar ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının növbəti məşğələləri 16 mart 2023-cü il tarixində keçiriləcək.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox