Azedu.az

Məleykə Abbaszadə Dünya Hökumət Sammitində çıxış edib

Dövlət İmtahan Mərkəzi (DİM)

14 Fevral 2023, 16:21
Məleykə Abbaszadə Dünya Hökumət Sammitində çıxış edib

BƏƏ-nin Dubay şəhərində “Gələcək hökumətlərin formalaşdırılması” mövzusuna həsr olunmuş Dünya Hökumət Sammiti öz işini davam etdirir.

 

AzEdu.az xəbər verir ki, 13 fevral 2023-cü il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gələcək hökumətlərin formalaşdırılması” (Shaping Future Governments) mövzusuna həsr olunmuş Dünya Hökumət Sammiti (World Government Summit 2023) fəaliyyətə başlayıb.

 

Müxtəlif dövlətlərin nümayəndələrinin iştirak etdiyi sammitin ikinci günü – fevralın 14-də Qlobal Forumda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə çıxış edib. M.Abbaszadə öz çıxışında bəşəri problemlər və dəyişən dünya reallığı fonunda hökumət və dövlətlərin qarşısında dayanan yeni çağırışlara toxunub. Sədr dövlət qulluğuna qəbul və digər imtahanlarda sosial lift modelinə əsaslanaraq şəffaf və obyektiv imtahanlar təşkil edən Dövlət İmtahan Mərkəzinin, eləcə də vətəndaşlara xidmət sahəsində səmərəlilik və effektivliyi ön plana çıxaran ASAN Xidmət və DOST Agentliyinin təcrübələrini tədbir nümayəndələri ilə paylaşıb. Çıxış sammit iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Xatırladaq ki, fevralın 15-nə qədər davam edəcək beynəlxalq əhəmiyyətli sammitdə 140-dan çox ölkə və 80-dən çox beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edirlər.

 
Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox