Azedu.az

Dövlət qulluğu üzrə müsahibələrin keçirilmə qrafiki açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM)

14 Fevral 2023, 15:45
Dövlət qulluğu üzrə müsahibələrin keçirilmə qrafiki açıqlandı

Elan üzrə 12 dövlət orqanında mövcud olan 36 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

 

AzEdu.az xəbər verir ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 119 namizədlə 119 müsahibənin keçirilməsi planlaşdırılır.

 

Ən yüksək müsabiqə müraciəti vəziyyəti Bakı Apellyasiya Məhkəməsinin Aparatı, Analitik şöbə, aparıcı məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), İqtisadiyyat Nazirliyi, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq sektoru, məsləhətçi (1 vakant yer üzrə 20 namizəd) üzrə yaranıb.

 

Müsahibələrin 2023-cü il fevralın 22-dən – martın 1-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

 

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox