Azedu.az

I ixtisas qrupunda vacib DƏYİŞİKLİK

13 Fevral 2023, 13:33
I ixtisas qrupunda vacib DƏYİŞİKLİK

Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul imtahanında I ixtisas qrupu üzrə abituriyentlərə situasiya əsasında yazılı cavab tələb edən 3 tapşırıq təqdim olunurdu.

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında I ixtisas qrupunun proqramına daxil olan hər bir fənn üzrə abituriyentlərə situasiya əsasında yazılı cavab tələb edən 3 tapşırıq yerinə (vahid situasiya mətninə əsaslanmayan) hər biri yenə yazılı cavab tələb edən 3 ayrı tapşırıq təqdim olunacaq. 12 fevral 2023-cü il tarixində keçirilmiş sınaq imtahanı məhz bu modelə uyğun olmuşdur. Digər ixtisas qruplarında isə hər hansı bir dəyişiklik yoxdur.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox