Azedu.az

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

13 Fevral 2023, 12:03
Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanı (I cəhd) fevralın 19-da keçiriləcək. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=73 linkinə daxil olmalıdırlar.

 

Qeyd edək ki, bakalavrlar imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

 

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox