Azedu.az

Qabiliyyət tələb edən ixtisasların qeydiyyatı nə zaman aparılır? 

Dövlət İmtahan Mərkəzi (DİM)

13 Fevral 2023, 11:39
Qabiliyyət tələb edən ixtisasların qeydiyyatı nə zaman aparılır? 

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ) da daxildir. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları Təsviri sənət, Musiqi sənəti, Memarlıq, Teatr, kino və xoreoqrafiya sənəti, Bədən tərbiyəsi, idman və Jurnalistikadır.

 

Bəs abituriyentlər ali təhsil müəssisələrinə imtahan verdikdən sonra nə zaman qabiliyyət imtahanından keçməlidir?

 

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, qəbul imtahanları başa çatandan və nəticələri elan olunandan sonra qabiliyyət imtahanı keçirilir.

 

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra müəyyən olunmuş müddətdə DİM-in internet səhifəsinə daxil olaraq, seçdikləri XQTİ-nin aid olduğu komissiya(lar) üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etməlidirlər. Müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanına buraxılmırlar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox