Fevralın 7-də Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.
AzEdu.az xəbər verir ki, öncə Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda kimya fənnindən qəbul imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabça müzakirə edilib, təkliflər verilib.
İşçi qrupunun növbəti iclası fevralın 14-də keçiriləcək.