Azedu.az

Buraxılış imtahanları 2 apreldə olacaq – Yalnız bu şəxslər üçün

24 Yanvar 2023, 12:20
Buraxılış imtahanları 2 apreldə olacaq – Yalnız bu şəxslər üçün

 

 

 Dövlət İmtahan Mərkəzi  eksternat qaydada imtahan verənlərin buraxılış imtahanına daxil olması ilə əlaqəli məlumat yayımlayıb.

 

 AzEdu.az DİM-ə istinadən bildirir ki, eksternat qaydasında imtahan verənlər buraxılış imtahanını 2 apreldə verəcəklər.

 

Buraxılış vərəqəsi imtahana 1 həftə qalmış Mərkəzin saytında yerləşdiriləcək. Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə elan olunacaq”.

 

 Eyni zamanda bu imtahan üçün DİM-ə əlavə qeydiyyat tələb olunmadığını bildirilib.

 

Əlavə məlumat olaraq qeyd edək ki, eksternat qayda sərbəst təhsilalma forması əsasında müstəqil hazırlaşıb, orta ümumtəhsil məktəblərində dərsdə iştirak etməyənlərə şamil olunan təhsil formasıdır.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox