Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu günə qədər 7602 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 470 nəfərin müraciəti natamam olub, 439 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1025 nəfərin müraciətinə imtina cavabı verilib, 93 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 5575 nəfərə TTK verilib. Onların arasından 2127 nəfərin müraciəti sosial TTK, 3448 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.