Azedu.az

Azərbaycan dili fənni üzrə işçi qrupun iclası keçirilib

10 Yanvar 2023, 09:50
Azərbaycan dili fənni üzrə işçi qrupun iclası keçirilib

İclasda gündəlik məsələ 16 aprel 2022-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən və açıqlanan bir variantın müzakirəsi olub. 

 

AzEdu.az xəbər verir ki, hapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox