Azedu.az

Hazırlıq kurslarının növbəti məşğələləri keçirilib-DİM

10 Yanvar 2023, 09:37
Hazırlıq kurslarının növbəti məşğələləri keçirilib-DİM

Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə buraxılış və qəbul, ingilis dili fənni üzrə ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, informatika fənni üzrə isə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursları hava şəraiti ilə əlaqədar olaraq yalnız onlayn ­­formada keçirilib.

 

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

 

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva, informatika fənni üzrə isə Anar Rəşidov kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıblar. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox