Azedu.az

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib-DİM

6 Yanvar 2023, 17:02
Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib-DİM

Gündəlik məsələ coğrafiya fənnindən III ixtisas qrupu (TC altqrupu) üzrə 21 may 2022‑ci il tarixində, riyaziyyat fənnindən isə I ixtisas qrupu üzrə 5 iyun 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, coğrafiya fənni üzrə imtahanda istifadə edilmiş 12 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.

 

Riyaziyyat fənni üzrə isə test tapşırıqlarının müzakirələri başa çatıb.

 

Müzakirələrdə tapşırıqların:

 

– müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğunluğu;

– abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verməsi bir daha təsdiq olunub.

 

Bir neçə tapşırıqda yalnız redaktə xarakterli düzəlişlər edilib. Bu düzəlişlər test bankının təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.

 

İmtahanların statistik nəticələrinə əsasən imtahanlarda zəif cavablandırılan tapşırıqlara dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

 

Növbəti həftə müzakirələr davam etdiriləcək.

 
Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox