Azedu.az

Coğrafiya fənni üzrə hazırlıq kursunun məşğələsi keçirilib

6 Yanvar 2023, 16:26
Coğrafiya fənni üzrə hazırlıq kursunun məşğələsi keçirilib

Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.

 

Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

 

Moderator Nərminə Seyfullayeva kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Hazırlıq kursunun altıncı məşğələsi növbəti həftə keçiriləcək.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox