Gündəlik məsələ coğrafiya fənnindən III ixtisas qrupu (TC altqrupu) üzrə 21 may 2022‑ci il tarixində, riyaziyyat fənnindən isə I ixtisas qrupu üzrə 5 iyun 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
AzEdu.az xəbər verir ki, hər iki fənn üzrə imtahanda istifadə edilmiş 15 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb. Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
Müzakirələr nəticəsində bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.
6 yanvar 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.
İşçi qruplarının üzvləri xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hamıya cansağlığı və işlərində uğurlar arzulayırlar!