Azedu.az

“Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Dekabr 2022, 17:49
“Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib

2022-ci il 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 9 əməkdaşı üçün Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşı Könül Səlimova tərəfindən “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, əlimdə iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

 

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox