Azedu.az

Kimya üzrə qəbula salınan tapşırıqlar müzakirə edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

27 Dekabr 2022, 16:53
Kimya üzrə qəbula salınan tapşırıqlar müzakirə edilib

 

Dövlət İmtahan Mərkəzində 27 dekabr 2022-ci il tarixində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda gündəlik məsələ 21 iyul 2022-сi il tarixində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

Müzakirə zamanı 17 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb. 

 

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən tapşırıqlarla bağlı fikir bildirilib və təkliflər verilib.

 

Müzakirə nəticəsində abituriyentlərin  imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

 

İşçi qrupunun növbəti iclası 10 yanvar 2023-cü ildə keçiriləcək.

 

 

 

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox