Azedu.az

Coğrafiya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

23 Dekabr 2022, 17:18
Coğrafiya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

 

Moderator Nərminə Seyfullayeva ali təhsil müəssisələrinə qəbul imtahanı üçün coğrafiya fənni üzrə qiymətləndirmə vasitələrinin, o cümlədən, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış edib.

 

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Beləliklə, hazırlıq kursunun 1-ci mərhələsi başa çatıb və kursun 2-ci mərhələsi (praktik hissə) üçün kurs iştirakçılarına ev tapşırıqları verilib.

 

Hazırlıq kursunun beşinci məşğələsi növbəti həftə keçiriləcək.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox