Azedu.az

"Kimin bilik və bacarığı varsa, istənilən ölkədə iş yeri tapa bilər"-DİM sədri  

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Dekabr 2022, 11:28

"Əmək bazarında heç bir sərhəd yoxdur. Kimin bilik və bacarığı varsa, ixtisası dünyada tələb olunan siyahıdadırsa, istənilən ölkədə iş yeri tapa bilər".

 

AzEdu.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

 

DİM sədri bildirib ki, hər bir şəxsin İT texnologiyalarını mənimsəyib onu alət kimi öz gələcək fəaliyyətində icra etmək bacarığı olmalıdır: "İxtisas seçəndə bu açarlarla yeniliklərə açıq olub bağlı qapıları aça bilərlər. Öz sahəmizdə gəncləri bu istiqamətdə hazırlamağa çalışırıq. Misal olaraq, keçirdiyimiz peşəkar mühasib imtahanlarının nəticəsi beynəlxalq səviyyədə də tanınır. Eyni zamanda dil bacarıqları da olmalıdır".

report

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox