Azedu.az

DİM-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

20 Dekabr 2022, 16:32
DİM-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Gündəlik məsələ  21 iyul 2022-ci il tarixində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub. 

 

AzEdu.az xəbər verir ki, tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.

 

Beləliklə, işçi qrupunun üzvləri müzakirəni başa çatdırmış və imtahanda istifadə edilmiş tapşırıqlar barədə yekun rəy vermişlər.

 

Yekun rəyə görə imtahanda istifadə edilmiş bütün tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və imtahan proqramına tam uyğundur və abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verib. Yalnız bir neçə tapşırığa redaktə xarakterli düzəlişlər edilib.

 

İmtahanın statistik nəticələrinə görə imtahanda zəif cavablandırılan tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox