Azedu.az

Coğrafiya və riyaziyyatdan qəbulda istifadə olunmuş tapşırıqlar müzakirə edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Dekabr 2022, 15:31
Coğrafiya və riyaziyyatdan qəbulda istifadə olunmuş tapşırıqlar müzakirə edilib

 

Dövlət İmtahan Mərkəzində 16 dekabr 2022-ci il tarixində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

AzEdu.az xəbər verir ki, gündəlik məsələ 22 may 2022-сi il tarixində II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında coğrafiya fənnindən, 4 iyun 2022-ci il tarixində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında isə riyaziyyat fənnindən istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

Hər iki fənn üzrə iclasda test tapşırıqlarının müzakirəsi aparılıb. Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.

 

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaqdır.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Növbəti həftə müzakirələr davam etdiriləcək.

 

 

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox