Azedu.az

DİM-in əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər

Dövlət İmtahan Mərkəzi (DİM)

12 Dekabr 2022, 16:27
     DİM-in əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər

2022-ci il dekabrın 12-də Dövlət İmtahan Mərkəzində ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin əməkdaşları Heydər Əliyevin DİM-in inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar və ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Qeyd edək ki, DİM-in rəhbərliyi və kollektivi bu gün, həmçinin Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.

 

 

 

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox