"Buraxılış imtahanlarının mart ayına qədər yekunlaşması nəzərdə tutulur".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib:
"Buraxılış imtahanlarının mart ayına qədər yekunlaşması nəzərdə tutulur.Apreldə isə doqquz illik təhsil səviyyəsi üzrə imtahanların bitməsi gözlənilir. Blok imtahanlarına gəldikdə isə, may ayının əvvəlləri birincisi, iyunun əvvələri isə ikincisi keçirilməlidir. İyul ayında ali təhsil müəssisələrinə qəbul prosesi başa çatmalıdır".
Ekspert magistratura imtahanlarından da söz açıb:
“Magistratura səviyyəsinə gəldikdə,yanvar ayının sonu fevral ayının əvvəlləri birinci şans imtahanı, aprelin sonu, mayın əvvəlləri ikinci imtahan keçirilməlidir. İmtahandan çıxarılan və əlavə edilən mövzular barədə də məlumat veriləcək”-deyə, o bildirib.