Azedu.az

Akkreditasiyada iştirak edəcək ekspertlər təlimlərə cəlb olunublar  

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Dekabr 2022, 12:49
Akkreditasiyada iştirak edəcək ekspertlər təlimlərə cəlb olunublar  

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün təlimlər keçirilir.

 

Bu barədə AzEdu.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

 

Təlimlərə agentlik tərəfindən yaradılmış “Ekspert bankı”na müraciət etmiş və müəyyən olunmuş minimal tələblərə cavab verən namizədlər cəlb olunurlar.

 

Təlimlərdə ekspertlərə Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə təlimat və standartlara, ali təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara, təhsil müəssisələrinin akkreditasiyası qaydalarına və ali təhsil müəssisəsinin institusional qiymətləndirilməsi meyarlarına dair geniş məlumat verilir.

 

Ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi proseslərində ekspert qismində iştirak etmək istəyən namizədlər keçid vasitəsilə müraciət edə bilərlər.

 

 

 

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox