Azedu.az

DİM danışıq bloku üzrə imtahan verəcək şəxslərə müraciət edib  

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Dekabr 2022, 13:02
DİM danışıq bloku üzrə imtahan verəcək şəxslərə müraciət edib  

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə fəlsəfə doktoru, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanının danışıq bloku üzrə imtahan verəcək namizədlərə müraciət edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, xarici dil üzrə danışıq bloku imtahanı dekabrın 17-də (əcnəbilər üçün Azərbaycan dili imtahanının danışıq bloku dekabrın 13-də) keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçirilir. İştirakçılar kompüter proqramının “demo” versiyası ilə DİM-in saytındakı linkdən tanış ola bilərlər.

 

İştirakçılara mütləq şəkildə danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur. İmtahan sisteminə “Şəxsi kabinet”in istifadəçi adı və şifrəsi ilə daxil olmaq olar. Qeyd edək ki, yalnız imtahan üçün qeydiyyatdan keçmiş şəxslər linkə daxil olaraq proqramın “demo” versiyası ilə tanış ola bilərlər.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox