Azedu.az

Bu şəxslərə sertifikatların verilməsinə başlanılıb-DİM

Dövlət İmtahan Mərkəzi (DİM)

30 Noyabr 2022, 14:48
Bu şəxslərə sertifikatların verilməsinə başlanılıb-DİM

Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən oktyabrın 16-da dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib. İmtahanda uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını ala bilərlər. Namizədlər şəxsiyyətlərini təsdiq edən sənədlə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra sertifikatlarını növbəti həftə ərzində əldə edə bilərlər.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox