Azedu.az

DİM SAT imtahanı keçirəcək 

Dövlət İmtahan Mərkəzi (DİM)

30 Noyabr 2022, 09:27
DİM SAT imtahanı keçirəcək 

İmtahan Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq

 

AzEdu.az xəbər verir ki, SAT imtahanı 2022-ci il dekabrın 3-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq  tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”.

 

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

 

SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox