Azedu.az

Bu namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilər  

22 Noyabr 2022, 16:47
Bu namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilər  

Noyabrın 27-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün Mərkəzin saytındakı linkə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini , “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” ilə DİM-in saytında tanış olmaq mümkündür.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox