On iki dövlət orqanında mövcud olan 33 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibələr davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 84 nəfər qeydiyyatdan keçib. Bu gün saat 11:20-dək olan məlumata görə, 30 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin noyabrın 25-dək keçirilməsi planlaşdırılır.