"İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır".
AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, imtahan yazı işləri ən azı iki dəfə yoxlanılır:
"Müəyyən hallarda isə üç dəfə yoxlanılır. Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekpertlərin sayı çox azdı. Şagirdlər kifayət qədərdi, amma ekspertlər azdı. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı, məsələn, 20 min olsaydı, biz daha tez həyata keçirərik".
Report.az