Noyabrın 16-da Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatla DİM-in saytında verilmiş linkdən əldə etmək mümkündür.