On dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə sentyabrın 27-dən başlanan daxili müsahibə bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 104 nəfər müraciət edib. Bu günədək 43 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.