Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.
Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Oktyabrın 17-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılır. İmtahanın nəticəsi yaxın 1-2 gün ərzində elan ediləcək.