Azedu.az

Növbəti “GRE General Test” imtahanı keçirilib

29 Sentyabr 2022, 15:41
Növbəti “GRE General Test” imtahanı keçirilib

Sentyabrın 29-da Dövlət İmtahan Mərkəzində (DİM) “GRE General Test” imtahanı keçirilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda 1 nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti “GRE General Test” imtahanının oktyabrın 13-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil
Son xəbərlərDaha çox