Azedu.az

DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov vətəndaşları onlayn qəbul edib  

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Sentyabr 2022, 14:00
DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov vətəndaşları onlayn qəbul edib  

Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov müxtəlif rayon və şəhərlərdə məskunlaşan vətəndaşları onlayn qəbul edib.

 

DİM-dən AzEdu.az-a bildiriblər ki, görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və digər məsələlərlə əlaqədar vətəndaşlar tərəfindən müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması üçün qeydiyyatı aparılıb.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox